hia.az

Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb

35 dəfə baxılıb 8-12-2025, 15:45

Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb

Azərbaycanda süni intellekt tətbiqlərinin yaradılması üçün böyük proqramın tətbiqinə başlanılıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransdakı çıxışında bildirib.

S.Əsədov qeyd edib ki, bu istiqamətdə 6 aylıq süni intellekt akademiyasının fəaliyyətinə başlanılıb:

"Bununla da süni intellekt mühəndisləri yetişdiriləcək. Bunun üçün yüksək riyazi bacarıqlar, o cümlədən xarici dil biliyi tələb olunur. Artıq 150-ə yaxın tələbə seçilib. Bu, tam təqaüdlü dövlət proqramıdır. 6 ayın tamamında süni intellekt mühəndisləri, data mühəndisləri və digər mütəxəssislər yetişəcək. Bunun üçün tanınmış xarici universitetlərlə də əməkdaşlığa başlamışıq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi