hia.az
hia.az

KİV: HƏMAS Qəzza zolağının idarə edilməsindən imtina etməyə razıdır

18 dəfə baxılıb 5-12-2025, 13:51

KİV: HƏMAS Qəzza zolağının idarə edilməsindən imtina etməyə razıdır

HƏMAS gələcəkdə Qəzza zolağının idarə edilməsindən imtina etməyə razıdır.

Bu barədə "Əl-Ərəbiyə" mənbələrə istinadən məlumat yayıb.

"HƏMAS hərəkatı Qəzza zolağının idarə edilməsindən imtina etmək niyyətini ABŞ-yə təsdiqləyib", - mənbə qeyd edib.

Telekanal həmçinin qeyd edir ki, HƏMAS-ın tərksilah edilməsi prosesinə başlanması barədə razılıq əldə olunub. Bundan əlavə, tezliklə Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması barədə elan ediləcək.

"Qəzzadan kənarda yerləşəcək İsrail qoşunları anklava daha çox humanitar yardım axınına icazə verməyi öhdəsinə götürüb", - mənbələr qeyd ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi