hia.az

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

23 dəfə baxılıb 4-12-2025, 14:06

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Azərbaycan və Ermənistan normallaşma prosesi və yekun sülh müqaviləsinin bağlanması istiqamətində hərəkət edir.

Bunu Norveçin xarici işlər naziri Eslen Bart Eyde Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında bildirib.

"Azərbaycan və Ermənistan irəliləmək, həll tapmaq və Vaşinqtonda əldə edilmiş razılaşmanı həyata keçirmək üçün iradə nümayiş etdirir. Biz bunu yalnız alqışlamamalı, həm də onlara dəstək verməliyik", - Norveç XİN başçısı deyib.

Onun sözlərinə görə, bu, ATƏT-in uzun illər ərzində məşğul olduğu məsələlərdən birində konstruktiv irəliləyişə nail olmaq üçün önəmlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi