hia.az
hia.az

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

16 dəfə baxılıb 3-12-2025, 14:41

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

Pakistanın Ermənistanda səfirliyinin açılması istiqamətində hər iki ölkənin diplomatik nümayəndələri fəal şəkildə işləyirlər.

Bu barədə “NEWS.am” diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə qurulub. Həmin gün Çində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb.

Ermənistan Xarici İşlər Nazirlyindən bildiriblər ki, bu kommünikedə hər iki dövlətin hökumətləri diplomatik münasibətlərin qurulması məqsədilə nümayəndəliklərin mübadiləsini aparmağa və bir-birinə zəruri yardımı göstərməyə razılıq veriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi