hia.az
hia.az

Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə - 2 il həbs!

4 dəfə baxılıb Dünən, 10:36

Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə - 2 il həbs!


Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib.

Müəyyən edilib ki, Ş.Məmmədov 2022-ci ildə əslən Gəncədən olan və ailəsi ilə birgə İsraildə yaşayan 2009-cu il təvəllüdlü Amaliya (şərti) ilə sosial şəbəkə vasitəsilə tanış olub. 2024-cü ildə yeniyetmə qız valideyni ilə qohumlarına baş çəkmək üçün Gəncəyə gedib. Bu ərəfədə Ş.Məmmədovla Amaliya şəhər ərazisində görüşüblər. 20 yaşlı gənc onu taksi ilə yaşadığı binanın qarşısına gətirib və birlikdə çoxmərtəbəli binanın damına çıxıblar. Burada gənc oğlan yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlərə yol verib.

Yeniyetmə evə qayıtdıqdan sonra anası baş verənləri öyrənib və polisə şikayət edib.

Faktla bağlı açılan cinayət işinin materialları Gəncə Şəhər Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə Ş.Məmmədov 2 il müddətinə həbs edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi