hia.az

Ötən həftə yanğınlarda 5 nəfər ölüb - Video

20 dəfə baxılıb 1-12-2025, 09:11


Ötən həftə 221 yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 221 yanğına çıxış, 26 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 3 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 35 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub, 22 nəfər xəsarət alıb, 5 nəfərin meyiti təhvil verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi