hia.az

Ötən gecə iki PUA Moldovanın hava sərhədini pozub

28 dəfə baxılıb 29-11-2025, 13:37

Ötən gecə iki PUA Moldovanın hava sərhədini pozub

Ötən gecə iki naməlum pilotsuz uçuş aparatı (PUA) Moldovanın hava sərhədlərini pozub.

Bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, PUA-lar uçuş təhlükəsizliyinə birbaşa təhdid yaratması səbəbindən fövqəladə tədbir olaraq ölkənin hava məkanı təxminən bir saatdan çox müddətə müvəqqəti bağlanıb. Bu səbəbdən Kişinyovda enməli olan iki sərnişin təyyarəsi Rumıniyanın Bakeu hava limanına yönəldilib.

Məlumata görə, operativ məlumatlar hər iki pilotsuz aparatın milli hava məkanını tərk edərək Ukrayna ərazisinə daxil olduğunu təsdiqləyiblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi