hia.az
hia.az

Bu gün “Qarabağ”ın oyunu var

4 dəfə baxılıb 29-11-2025, 09:22

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün Misli Premyer Liqasında 13-cü tur davam edəcək. 

İkinci oyun günündə daha iki görüş keçiriləcək. 

“İmişli” “Sabah”ı qəbul edəcək. Ötən tur “Neftçi”ni məğlub edən bölgə təmsilçisi hazırda 15 xalla 8-ci pillədə qərarlaşıb. “Sabah” isə 22 xalla dördüncüdür. Paytaxt klubu bu görüşdə qələbə qazansa, turnir cədvəlində bir pillə irəliləyəcək. 

Günün ikinci matçında son çempion “Qarabağ” “Karvan-Yevlax”ı sınağa çəkəcək. Ağdam klubu hazırda 26 xalla birinci, Yevlax təmsilçisi isə 5 xalla sonuncudur. 

29 noyabr (şənbə)

14:30. “İmişli” - “Sabah”
Quba OİK stadionu

17:00. “Qarabağ” - “Karvan-Yevlax”
“Azərsun Arena”

30 noyabr (bazar)

14:00. “Şamaxı” - “Sumqayıt”

16:30. “Qəbələ” - “Araz-Naxçıvan”

28 noyabr (cümə)

“Turan Tovuz” - “Neftçi” - 0:0

“Kəpəz” - “Zirə” 0:2


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi