hia.az
hia.az

Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi

28 dəfə baxılıb 11-11-2025, 08:06

Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiyasını ölkəsinə qarşı “hibrid müharibə” apardığını bildirib. Bu barədə o, noyabrın 5-də özünün teleqram kanalında paylaşım edib.

Simonyan Moskvanın “mediada təsir vasitələrindən istifadə edərək İrəvana təzyiq göstərdiyini” bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Simonyana cavab verib.

Zaxarova bildirib ki, bu cür bəyanatlar iki ölkə arasında münasibətlərin inkişafına qarşı yönəlib:

“Belə fikirləri səsləndirənlər əslində Rusiya ilə Ermənistan arasında əlaqələrin inkişafına qarşı çıxırlar.”

O qeyd edib ki, Moskva erməni tərəfin narahatlıqlarını açıq şəkildə müzakirə etməyə hazırdır:

“Biz Ermənistan parlamenti xətti ilə, eləcə də aidiyyəti qurumlar arasında təklif etdiyimiz məsləhətləşmələr çərçivəsində bu məsələləri müzakirə etməyə hazırıq.”

 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi