hia.az
hia.az

Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq

22 dəfə baxılıb 8-11-2025, 13:44

Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq


Azərbaycan Qarabağ başda olmaqla, bölgənin yenidən inşası, təhlükəsiz qayıdış və yox edilən mədəni və dini mirasın bərpası üçün böyük işlər görür.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.

“Qarabağa İlham Əliyev qardaşım və Pakistan Baş nazirinin iştirakı ilə səfərlərimiz olub. Zəfərdən sonra bütün Qarabağda yaşanan inkişaf və investisiya səfərbərliyinə şahidlik etmişəm. İnşa edilən hava limanlarını, yolları, körpüləri, tunelləri, dəmiryollarını, evləri, ucaldılan binaları, kənd təsərrüfatı və nəqliyyat layihələrini yerində gördüm. Qarabağda qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycanın nələri bacardığına şahid olduq. Əlbəttə, bizim gördüklərimiz sadəcə başlanğıcdır, bunların davamı da gələcək. Möhtəşəm gözəlliyi ilə Qarabağ təkrar bölgənin parlayan ulduzu olacaq. Bu müddətdə biz də Azərbaycana lazım olan hər cür dəstəyi verəcəyik”, - Türkiyə Prezidenti vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi