hia.az
hia.az

Baş prokuror: Azad edilmiş rayonlarda prokurorluqların yaradılması qayıdışın hüquqi çərçivəsini formalaşdırıb

76 dəfə baxılıb 7-11-2025, 14:30

Baş prokuror: Azad edilmiş rayonlarda prokurorluqların yaradılması qayıdışın hüquqi çərçivəsini formalaşdırıb

İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması qayıdış prosesinin hüquqi-institusional çərçivəsini formalaşdırıb.

Bunu Baş prokuror Kamran Əliyev rəsmi qəzetə müsahibəsində deyib.

O bildirilib ki, ötən dövr ərzində Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları təsis olunub, Qarabağ Hərbi Prokurorluğunun bazasında Ağdam Hərbi Prokurorluğu yaradılıb:

"Qısa zaman kəsiyində Qubadlı və Kəlbəcər hərbi, həmçinin Xankəndi şəhər və Laçın rayon prokurorluqları üçün müasir tələblərə cavab verən inzibati binaların istifadəyə verilməsi bölgədə prokurorluğun fəaliyyətinə praktiki töhfə vermiş oldu. Qeyd edə bilərəm ki, bu, təkcə orqanların fiziki qayıdışı deyil, həm də qanunun aliliyinin, cinayətkarlığa qarşı mübarizənin doğma torpaqlarda bərqərar edilməsidir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi