hia.az
hia.az

Azərbaycanda vergi güzəştləri ləğv edilmir - RƏSMİ

35 dəfə baxılıb 7-11-2025, 12:56

Azərbaycanda vergi güzəştləri ləğv edilmir - RƏSMİ

Vergi güzəştləri müəyyən olunanda bu, adətən müddətli olur. Gəlir vergisindən güzəştin bu növü üzrə də müddət 7 il olaraq müəyyən edilmişdi və həmin müddət artıq başa çatıb.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, burada vergi güzəştlərinin ləğvindən söhbət getmir.

Nazir müavini bildirib ki, indi bu məsələyə yeni bir vergi güzəşti növü tətbiq olunacaq.

“Yəni 2 500 manatadək əməkhaqqı alan insanlara əvvəl 14 % vergi tətbiq olunmalı idi, gələn ildən isə bu 3% olaraq müəyyən edilib. Mənə elə gəlir ki, Azərbaycanda 2 500 manat əməkhaqqı alan insanların sayı kifayət qədər çoxdur və 3 % o qədər də böyük məbləğ deyil”, - deyə o bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi