hia.az
hia.az

Pakistan Baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

5 dəfə baxılıb 7-11-2025, 10:13

Pakistan Baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Pakistan Baş naziri Şahbaz Şərif 7-8 noyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda qeyd olunan Zəfər Gününün beşinci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana rəsmi səfər edəcək.

Səfər çərçivəsində Baş nazir rəsmi Zəfər Günü mərasimlərində iştirak edəcək və Prezident İlham Əliyevlə görüş keçirəcək.

Görüş zamanı ikitərəfli münasibətlərin bütün spektri nəzərdən keçiriləcək və ticarət və investisiya, enerji, müdafiə, təhsil və regional əlaqə kimi müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək üçün yeni istiqamətlər müəyyənləşdiriləcək.

“Pakistan və Azərbaycan ortaq inanc, tarix, mədəniyyət və qarşılıqlı etimada əsaslanan uzunmüddətli qardaşlıq münasibətlərinə malikdirlər. Hər iki ölkə həmçinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi regional və beynəlxalq platformalarda sıx əməkdaşlıq edirlər. Baş nazirin səfəri Pakistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyəcək və iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da irəliləməsinə xidmət edəcək”, - məlumatda qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi