hia.az
hia.az

Ekologiya Nazirliyinin büdcəsi azaldıldı - FƏRMAN

77 dəfə baxılıb 6-11-2025, 16:17

Ekologiya Nazirliyinin büdcəsi azaldıldı - FƏRMAN

 
"Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin büdcədəki xərcləri 1 384 537 manatdan 563 681 manata endirilib, əvəzində Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin büdcədəki əsas xərcləri 820 856 manat müəyyən edilib.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin büdcədəki xərcləri 16 850 726 manatdan 16 568 470 manata endirilib, Balıqçılıq və Akvakultura Mərkəzinin büdcədəki əlavə xərcləri 282 256 manat müəyyən olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi