hia.az
hia.az

Sahibkarlıq subyektlərinin bölgüsünə dair yeni prosedur müəyyənləşib

4 dəfə baxılıb Bu gün, 16:26

Sahibkarlıq subyektlərinin bölgüsünə dair yeni prosedur müəyyənləşib

Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyar göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə qalacaq.

Nazirlər Kabinetinin qərarı ilə bununla bağlı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na yeni - 5-ci hissə əlavə edilib.

Qeyd edək ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən, işçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro sahibkar, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkar, işçi sayı 51-dən 250-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkar, işçi sayı 251-dən yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkar hesab olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi