hia.az
hia.az

Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqəndə görüşüb

5 dəfə baxılıb 30-10-2025, 09:28

Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqəndə görüşüb


30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səmərqəndə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

XİN-dən  verilən xəbərə görə, nazir Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanın YUNESKO-nun baş konfransına ev sahibliyi münasibətilə təbriklərini çatdırıb.

Görüş zamanı strateji müttəfiqlik səviyyəsindəki Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylər müzakirə olunub.


İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr nəzərdən keçirilib.

Görüşdə, beynəlxalq və regional təşkilatlar, BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də regional platformalar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüş zamanı, həmçinin regional inkişaflar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi