hia.az

Xaçmazda avtomobildə doğuş olub, körpə ölüb

84 dəfə baxılıb 23-10-2025, 14:36

Xaçmazda avtomobildə doğuş olub, körpə ölüb

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xəttinin təmirə bağlanması səbəbindən onun xəstəxanaya çatdırılması mümkün olmayıb.

Nəticədə ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib və doğum "VAZ-21010" markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Ana Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi