hia.az

Zelenski: Heç bir ərazi güzəşti olmayacaq

76 dəfə baxılıb 23-10-2025, 10:56

Zelenski: Heç bir ərazi güzəşti olmayacaq


Heç bir ərazi güzəşti olmayacaq.

Bu bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının iclası öncəsi jurnalistlərə bildirib.

“Heç bir ərazi güzəşti olmayacaq. Ukraynanın suverenliyi və ərazi bütövlüyü danışıqlar mövzusu deyil”, - Zelenski qeyd edib.

Qeyd edək ki, bu gün Brüsseldə keçirilən iclasın əsas mövzularından biri Ukraynaya dəstəyin gücləndirilməsi olacaq.

Sammitdən əsas gözlənti — Avropa İttifaqı liderlərinin Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına reparasiya krediti ayırmaq barədə prinsipial razılığa gəlməsidir.

Bu qərar qəbul olunarsa, Ukraynanın iqtisadi və müdafiə dayanıqlığının artırılmasına mühüm töhfə veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi