hia.az

Azərbaycanda yanacaqdoldurma və qaz təchizatı obyektlərinin sahiblərinə yeni tələb qoyulub

81 dəfə baxılıb 22-10-2025, 17:04

Azərbaycanda yanacaqdoldurma və qaz təchizatı obyektlərinin sahiblərinə yeni tələb qoyulub

İqtisadiyyat Nazirliyinin Kollegiyası yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü üzrə "Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası"nı təsdiqləyib.

Bununla bağlı Kollegiyanın sədri, nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, hüquqi şəxsə, xarici hüquqi şəxsin filialına, nümayəndəliyinə və fərdi sahibkara həmin fəaliyyət növünə lisenziya verildiyi tarixdən 30 gün müddətində nazirliklə lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır.

Lisenziya müqaviləsi yazılı formada, müddətsiz bağlanılmalıdır. Bu müqavilə lisenziya verildiyi tarixdən 30 gün müddətində bağlanmadıqda, lisenziya hüquqi nəticələr yaratmır.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi