hia.az

"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edilib

87 dəfə baxılıb 22-10-2025, 15:45

"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edilib

"Səmavi dinlər" layihəsi əsasında Azərbaycan xalçaçılarının ərsəyə gətirdiyi triptix Vatikanda təqdim edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşündə təqdimatı olan bu sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür.

Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini – sülhü, mərhəməti və ədaləti ifadə edir.

Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

Triptixin həm Vatikanda, həm də dünyanın müxtəlif ölkələrində sərgilənməsi planlaşdırılır. Bu baxımdan əsərin Azərbaycanın multikultural irsinin dünyaya tanıdılması baxımından mədəni-siyasi mənası var. Bu, Azərbaycanın mədəni səsinin qlobal miqyasda eşidilməsini, Azərbaycan xalça sənətinin yalnız estetik deyil, həm də fəlsəfi dəyər daşıdığını göstərir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi