hia.az

Beynəlxalq səyyahlar Ağdamdakı dağıntılarla tanış olublar

81 dəfə baxılıb 22-10-2025, 11:02

Beynəlxalq səyyahlar Ağdamdakı dağıntılarla tanış olublar

"Extreme Travelers International Congress" (ETIC) klubunun beynəlxalq səyyahları Ermənistanın işğalı illərində Ağdamın dağıdılmış ərazilərinə baş çəkiblər.

Qonaqlar erməni vandalizmini və şəhərdə aparılan bərpa işlərini əyani şəkildə görə biliblər.

Qeyd edək ki, səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahlar 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.

Nümayəndə heyətinə həmçinin "Most Travelled People" (ABŞ) beynəlxalq səyyahlar şəbəkəsinin təsisçisi Çarlz Veyli də daxildir.

Qarabağ və Şərqi Zəngəzuru 2021-2025-ci illər ərzində 14 müxtəlif beynəlxalq səyyahlar klubu ziyarət edib. Bu qrup sayca 15-cidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi