hia.az
hia.az

Rusiyada əməliyyat keçirildi - Azərbaycanlılar deportasiya ediləcək

38 dəfə baxılıb 21-10-2025, 15:11

Rusiyada əməliyyat keçirildi - Azərbaycanlılar deportasiya ediləcək

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada keçirilən reyd zamanı qanunsuz miqrantlar aşkarlanıb.

Kirov rayonu ərazisində aparılan əməliyyat tədbirləri zamanı 19 Azərbaycan vətəndaşı ölkə ərazisində qeyri-qanuni şəkildə olduqları müəyyən edilib.

Məlumata görə, Daqanova küçəsində aparılan yoxlama zamanı ümumilikdə 29 Azərbaycan vətəndaşının olduğu aşkarlanıb. Onlardan 19 nəfərin yaşayış və əmək fəaliyyəti ilə bağlı icazəsi olmadığı, beləliklə Rusiya Miqrasiya Qanunvericiliyini pozduğu bildirilib.

Hadisə ilə bağlı həmin şəxslər barəsində Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 1.1-ci bəndi (xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin ölkədə qalma qaydalarını pozması) üzrə inzibati qaydada deportasiya qərarı veriləcək.

Hazırda saxlanılan şəxslərin sənədlərinin araşdırıldığı və deportasiya prosedurunun həyata keçirildiyi bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi