hia.az
hia.az

Zəngəzur dəhlizi 2026-cı ildə açılacaq

72 dəfə baxılıb 21-10-2025, 10:23

Zəngəzur dəhlizi 2026-cı ildə açılacaq

Zəngəzur dəhlizi 2026-cı ildə açılacaq.

Bunu erməni politoloq Alen Qevondyan bildirib.

O qeyd edib ki, İrəvan “Zəngəzur dəhlizi” ifadəsinə etiraz edir, amma hər şey Bakı və Ankaranın dediyi kimi olacaq.

“Vaşinqtonda sənədlərin imzalanmasından sonra bir sıra hadisələr baş verdi, bəlli oldu ki, bu sənədlər hələ heç nə demək deyil, hər şey Bakı və Ankaranın verdiyi qərarlara uyğun olacaq. Bundan sonra Tramp bu məsələyə öz yanaşmasını açıqladı, Əliyev bəyanatlar verdi.

Əliyev BMT, Türk Dövlətləri Təşkilatının sammiti və digər platformalarda Zəngəzur dəhlizindən danışdı. Paşinyan bundan narahatdır. Bu, Zəngəzur dəhlizini vermək və ya verməmək məsələsi ilə bağlı deyil, onlar çoxdan razılaşıblar, Zəngəzur dəhlizi reallığa çevriləcək. Paşinyan üçün vacibi odur ki, seçkilərə qədər bu mövzu ictimai müzakirədə olmasın. Seçkilərdən sonra isə o, şəxsən qırmızı lenti kəsərək Zəngəzur dəhlizini açacaq və onu hədiyyə edəcək”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi