hia.az
hia.az

İƏT-in gələn il Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələləri müzakirə olunub

79 dəfə baxılıb 17-10-2025, 17:19

İƏT-in gələn il Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 17-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramovu qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə yeni yaranmış və İƏT-in ixtisaslaşmış təşkilatlarından olan Əmək Mərkəzinin gördüyü işlər və gələcək planlar müzakirə olunub.

Bununla yanaşı, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, İƏT-in gələn il Azərbaycanda keçiriləcək Zirvə görüşünə və digər yüksək səviyyəli tədbirlərə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Bakıda İƏT üzv dövlətlərinin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində təsis edilmiş Əmək Mərkəzinin təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub.

Aparılacaq işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi