hia.az
hia.az

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

6 dəfə baxılıb 9-10-2025, 15:26

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

 
Bir neçə gün öncə həyatda sağ qalması belə möcüzə sayılan azyaşlı yaşamaq üçün mübarizəsini qalib başa vurub.

Bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

27 avqust 2025-ci il tarixində ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilən Musanın vəziyyəti dərhal Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də nəzarətə götürülərək,aidiyyəti qurumlarla birgə fəaliyyətə başlanılıb.

Azyaşlının vəziyyətinin ağır olması səbəbindən onun təcili Bakıya – Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmasına qərar verilib. Həkimlərin səyi nəticəsində, həyat savaşı verən azyaşlı yenidən həyata qaytarılıb

Hazırda Musanın vəziyyəti stabildir. Hələ də xəstəxanadadır, amma təhlükəli mərhələni geridə qoyub.

Azyaşlının müalicəsi TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi