hia.az
hia.az

Azərbaycanda yeni institutlar yaradıldı - Bəziləri birləşdirildi - SİYAHI

6 dəfə baxılıb 8-10-2025, 11:11

Azərbaycanda yeni institutlar yaradıldı - Bəziləri birləşdirildi - SİYAHI


Azərbaycanda elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır.

Bu məqsədlə Nazirlər Kabineti Elm və Təhsil Nazirliyinin tabeliyində yeni institutların yaradılması barədə qərar qəbul edib.

Qərar Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli sərəncamının icrasını təmin etmək məqsədilə verilib.

Sənədə əsasən, bir sıra elmi institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlərin Tədqiqi və Molekulyar Biologiya institutları yaradılıb.

Eyni zamanda, bəzi elmi müəssisələrin tabeliyi dəyişdirilib. Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə verilib.

Bundan başqa, Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə keçib.

Nazirlər Kabinetinin qərarına əsasən, yeni institutların nizamnamələri iki ay müddətində Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənəcək. Daha sonra həmin qurumların dövlət qeydiyyatına alınması təmin ediləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi