hia.az

Aİ ölkələrinin diplomatik missiyasının nümayəndələri İran XİN-ə çağırılıb

88 dəfə baxılıb 8-10-2025, 09:02

Aİ ölkələrinin diplomatik missiyasının nümayəndələri İran XİN-ə çağırılıb

Avropa İttifaqına (Aİ) üzv ölkələrin Tehrandakı diplomatik missiyalarının təmsilçiləri İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Məlumatı İslam Respublikasının Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, buna səbəb Avropa İttifaqının Körfəz ərəb ölkələri İqtisadi Əməkdaşlıq Şurası ilə birlikdə keçirdiyi toplantıda Kiçik Tomb, Böyük Tomb və Əbu Musa adalarının İran tərəfindən işğalına, Tehranın nüvə proqramına etirazı olub.

Qeyd edək ki, Aİ və ərəb dövlətləri yekun sənəddə adlarıçəkilən adaları Birləşmiş Ərəb Əmirliklərinin ərazisi sayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi