hia.az

Bakının Xətai prospektində hərəkət məhdudlaşdırılacaq

102 dəfə baxılıb 3-10-2025, 15:38

Bakının Xətai prospektində hərəkət məhdudlaşdırılacaq

Bu gün saat 22:00-dan Bakının Nərimanov rayonunun Xətai prospektində (Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməyə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək 07:00-24:00 saat aralığında qismən, 24:00-07:00 saat aralığında isə hissə-hissə, tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi