hia.az
hia.az

Agentlik: Dövlət satınalmalarının həcmi eyni qalsa da, dəyəri azalıb

26 dəfə baxılıb 3-10-2025, 13:18

Agentlik: Dövlət satınalmalarının həcmi eyni qalsa da, dəyəri azalıb

Dövlət satınalmaları haqqında yeni qanun qəbul etdikdən, yeni normalar qüvvəyə mindikdən sonra satınalmaların həcmi eyni qalsa da, onun dəyəri azalıb.

Bunu Bakıda keçirilənm II Milli Rəqabət Forumu çərçivəsində sual-cavab sessiyası zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müşaviri Cəfər Babayev deyib.

O qeyd edib ki, nəticədə satınalmalarda qənaət formalaşıb:

“Bununla belə qənaətin kiməsə pulun ayrılmaması və ya pul verilməməsi ilə əlaqələndirilməsi düzgün deyil. Diqqətə çatdırımaq istəyirəm ki, biz maliyyə ayıran deyil, nəzarətedici orqanıq. Funksiyamız da dövlət satınalmalarına nəzarətdən ibarətdir. Yəni satınalma zamanı əgər qanun düzgün icra olunmursa, bu faktı qeyd etmək bizim işimizdir. Problem ondan ibarətdir ki, satınalma prosesini idarə edə biləcək mütəxəsislər çatışmır. Bu, sonda ya gecikmə ya da ümumiyyətlə müsabiqənin ləğvi ilə nəticələnir", - deyə C.Babayev əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi