hia.az
hia.az

Astarada sel nəticəsinə körpü çöküb

63 dəfə baxılıb 3-10-2025, 10:12

Astarada sel nəticəsinə körpü çöküb


Astara rayonunun Sərək kəndində sel suları 30 il bundan əvvəl vətəndaşlar tərəfindən kustar üsulla salınan körpünü dağıdıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, əsasən kiçik avtomobillərin və piyadaların keçidi üçün nəzərdə tutulan körpü tam yararsız hala düşüb.

Sel suları əsasən, körpünün torpaq qatını yuyub, üst hissəsini tamamilə dağıdıb və körpü çöküb.

Sakinlər bildiriblər ki, körpü qısa müddətdə təmir olunmasa, kəndlərin rayonla əlaqəsi tamamilə kəsiləcək.

Bələdiyyə sədri Mehman Quliyev APA-ya deyib ki, qəzalı körpü 3 kəndi - Sərək, Deqadi və Səlivə kəndlərini birləşdirir və təqribən 600 təsərrüfat, 2500-ə yaxın sakin körpüdən istifadə edir. Əraziyə müvafiq qurumlar tərəfindən baxış keçirilib, qısa müddətdə körpü əvvəlki vəziyyətinə qaytarılaraq əhalinin istifadəsinə veriləcək.

Qeyd edək ki, sözügedən körpünün eni təqribən 5 metr, uzunluğu isə 20 metr təşkil edir.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi