hia.az
hia.az

Əhməd İsmayılov: Azərbaycanla Özbəkistanın media əməkdaşlığı region üçün nümunəvi model ola bilər

13 dəfə baxılıb 30-09-2025, 10:18

Əhməd İsmayılov: Azərbaycanla Özbəkistanın media əməkdaşlığı region üçün nümunəvi model ola bilər


Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı sadəcə iki ölkə mediası üçün deyil, bütövlükdə region üçün nümunəvi bir model ola bilər.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son onillikdə qlobal informasiya məkanında baş verən proseslər medianın mahiyyətini tamamilə dəyişib:

"İnformasiyanın istehlak forması sürətlə rəqəmsallaşır, sosial şəbəkələr və onlayn platformalar informasiya mübadiləsinin əsas kanallarına çevrilir. Rəqəmsal transformasiya medianın operativliyini artırmaqla yanaşı, həm də onun qarşısına yeni məsuliyyətlər qoyur. Burada əsas məsələ informasiya bolluğunda dəqiq, obyektiv və etibarlı xəbərin təmin edilməsidir".

Ə.İsmayılov bildirib ki, Azərbaycan mediasında son illərdə dövlətin dəstəyi ilə bu istiqamətdə ciddi islahatlar həyata keçirilir:

"Özbəkistan mediasının da oxşar transformasiya mərhələsindən keçməsi əməkdaşlığımızın aktuallığını daha da artırır. Çünki biz oxşar çağırışlarla üz-üzəyik: dezinformasiyaya qarşı mübarizə, peşəkar jurnalistikanın qorunması, gənc nəslin rəqəmsal mühitdə maarifləndirilməsi, milli maraqların beynəlxalq informasiya axınında qorunması. Bu baxımdan, Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı sadəcə iki ölkə mediası üçün deyil, bütövlükdə region üçün nümunəvi bir model ola bilər. Çünki bizim xalqlarımızın ortaq dəyərləri, ortaq tarixi yaddaşı var. Media bu dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsində əvəzsiz vasitədir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi