hia.az
hia.az

Rəşad Nəbiyev: İnsan kapitalına aktiv investisiya yatırırıq

86 dəfə baxılıb 29-09-2025, 10:05

Rəşad Nəbiyev: İnsan kapitalına aktiv investisiya yatırırıq

Azərbaycanda İT məhsullarının ixracı üçün böyük potensial var.

Bunu İNMerge innovasiya sammitində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, bunun əsas səbəblərindən biri insan kapitalıdır:

“Təhsil naziri Emin Əmrullayevlə birlikdə bu sahədə sıx əməkdaşlıq edirik. Son məlumata görə, hər il 2000-dən çox İT üzrə ixtisaslaşmış tələbə universitetlərimizdə təhsil alır. Bu, bazarın tələbatından da çoxdur. Amma əsas problem tələbələrin keyfiyyəti ilə bazarın real ehtiyacları arasındakı uyğunsuzluqdur. Lakin dövlət başçısının göstərişi ilə biz insan kapitalına bütün səviyyələrdə aktiv investisiya yatırırıq. Məktəblərdə dizayn proqramlarını genişləndiririk, universitetlərdə təhsil imkanlarını artırırıq, işçi qüvvəmizi isə şirkətlərlə əməkdaşlıq əsasında inkişaf etdiririk.

Bizim məqsədimiz çox sadədir: minlərlə gənc azərbaycanlı üçün yol açmaq, onların qlobal miqyasda quruculuq etməsini, rəqabət aparmasını və irəli çıxmasını təmin etmək”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi