hia.az

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar baş tutacaq

105 dəfə baxılıb 29-09-2025, 07:48

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar baş tutacaq

III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar baş tutacaq.

 Qəbələ Olimpiya Kompleksində stolüstü tennis yarışlarının həlledici görüşləri keçiriləcək.

Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək yığmalar arasında növbəti yarışlar keçiriləcək. B qrupunda Belarus Özbəkistanla üz-üzə gələcək. A qrupunda isə Qırğızıstan Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.

Qəbələ Atıcılıq Klubunda isə stend atıcılığı üzrə təsnifat və final görüşləri təşkil olunacaq.

Gəncə İdman Sarayında üzgüçülük yarışları davam edəcək. Həmçinin eyni məkanda voleybol oyunlarına da start veriləcək. A qrupunda Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək. B qrupunda isə Belarus və Qırğızıstan yığmaları qarşılaşacaq.

Göygöl Olimpiya Kompleksində sambo üzrə yarışların qalibləri müəyyənləşəcək.

Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Mərkəzində isə taekvondo yarışlarına start veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi