hia.az

"NBC News": ABŞ yaxın həftələrdə Venesuelada narkokartelləri vurmağa başlayacaq

93 dəfə baxılıb 27-09-2025, 07:22

"NBC News": ABŞ yaxın həftələrdə Venesuelada narkokartelləri vurmağa başlayacaq

ABŞ Silahlı Qüvvələri yaxın bir neçə həftə ərzində Venesuela ərazisindəki narkokartellərə məxsus obyektlərə zərbələr endirməyə başlaya bilər.

Bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda Pentaqon mümkün hərəkət variantlarını araşdırır, əsas seçimlərdən biri pilotsuz uçuş aparatları ilə zərbələr endirməkdir. Potensial hədəflər arasında cinayətkar təşkilatların başçıları və narkolaboratoriyalar ola bilər.

Telekanalın mənbələri qeyd ediblər ki, ABŞ Prezidenti Donald Tramp hələlik bu planları təsdiqləməyib. Pentaqon isə bu məlumatla bağlı telekanala şərh verməkdən imtina edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi