hia.az

Azərbaycanda əcnəbi tələbələrin sayı 11 minə yaxınlaşıb

89 dəfə baxılıb 24-09-2025, 11:50

Azərbaycanda əcnəbi tələbələrin sayı 11 minə yaxınlaşıb

"Azərbaycanda əcnəbi tələbələrin sayı 11 minə yaxınlaşıb".

Bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycana əcnəbi tələbələr öz maraqları, istəkləri ilə gəlirlər. Eyni zamanda ölkəmizin də təsis etdiyi müəyyən qrantlar var. Onlara ən bariz nümunə Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantıdır. 15 sentyabrdan etibarən Azərbaycana müxtəlif ölkələrdən əcnəbi tələbələr gəlib. Onlar Azərbaycan höküməti hesabına aparıcı universitetlərimizdə təhsil almaq hüququ əldə ediblər".

O həmçinin qeyd edib ki, “THE Avrasiya Universitetlərinin Sammiti” çərçivəsində bir çox universitetlərlə əlaqələr rəsmiləşdiriləcək: "Hazırda xarici universitetlərlə əlaqələrimiz var, ancaq biz bu əlaqələrin daha da genişləndirilməsini istəyirik".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi