hia.az

Əli Əsədov: "Statistika Azərbaycanın inkişafını qiymətləndirmək üçün əsas alətdir"

96 dəfə baxılıb 24-09-2025, 10:04

Əli Əsədov: "Statistika Azərbaycanın inkişafını qiymətləndirmək üçün əsas alətdir"

 
Statistika Azərbaycanın inkişafını qiymətləndirmək üçün əsas alətdir.

Bunu Baş nazir Əli Əsədov Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.

O, qeyd edib ki, statistika yalnız iqtisadiyyat deyil, cəmiyyətin bütün sahələrinin dünənini, bu gününü və sabahını proqnozlaşdırmaq üçün əsas baza yaradır: "İnkişafı qiymətləndirmək üçün konkret statistik məlumatlar, rəqəmlər və diaqramlar lazımdır. Azərbaycan hökuməti bu məlumatlardan gündəlik, hətta hər saatda istifadə edir".

Baş nazir əlavə edib ki, rəqəmsal inkişaf, İT texnologiyalar və süni intellekt statistikanı daha dəqiq, çevik və əlçatan edir: "Bu forumda yeni layihələr və yanaşmaların müzakirəsi sahənin daha da təkmilləşməsinə töhfə verəcək".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi