hia.az

Türkiyəli nazir Yusuf Tekin Emin Əmrullayevlə birgə işğaldan azad edilmiş ərazilərdə olub

91 dəfə baxılıb 23-09-2025, 10:10

Türkiyəli nazir Yusuf Tekin Emin Əmrullayevlə birgə işğaldan azad edilmiş ərazilərdə olub


Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə birgə işğaldan azad edilmiş ərazilərdə olub.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb

Nümayəndə heyəti səfər çərçivəsində Şuşa şəhər 1 nömrəli, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli və Ağdam şəhər 1 nömrəli tam orta məktəblərini ziyarət edərək bu təhsil ocaqlarında yaradılmış müasir tədris mühiti ilə yaxından tanış olub.

Yusuf Tekin Qarabağın sürətli bərpa və yenidənqurma prosesinin bir hissəsi kimi müasir təhsil infrastrukturunun qısa müddətdə təkmilləşdirilməsini yüksək qiymətləndirib. O, Şuşa, Füzuli və Ağdam məktəblərində şagirdlər üçün yaradılmış müasir şəraitin Azərbaycanın gələcək nəsillərinin yüksək bilik və bacarıqlara yiyələnməsinə xidmət etdiyini xüsusilə vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi