hia.az
hia.az

Tramp onları terrorçu elan etdi

89 dəfə baxılıb 23-09-2025, 09:44

Tramp onları terrorçu elan etdi

ABŞ Prezidenti Donald Tramp “Antifa” hərəkatını daxili terror təşkilatı kimi tanıyan fərman imzalayıb.

Sənədin mətni Ağ Evin saytında dərc olunub.

Rəsmi açıqlamaya görə, “Antifa” bu siyahıya “qanuni siyasi fəaliyyətin qarşısını almaq və qanunun aliliyini sarsıtmaq məqsədi daşıyan siyasi zorakılıq modeli” səbəbilə salınıb.


"The Wall Street Journal" qəzetinin yazdığına görə, sağçı fəal Çarli Kirkin qətlə yetirilməsində istifadə olunmuş silahın güllələrində “Antifa” hərəkatının şüarları aşkarlanıb. Bu hadisə hökumətin qərarını sürətləndirən əsas amillərdən biri hesab olunur.

Macarıstanın Baş naziri Viktor Orban da “Antifa”ya eyni status verəcəyini açıqlayıb.

Qeyd edək ki, “Antifa”nın mərkəzləşdirilmiş strukturu yoxdur. Bu anlayış əsasən müxtəlif ölkələrdə fəaliyyət göstərən bütün antifaşist qruplarına şamil edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi