hia.az

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

95 dəfə baxılıb 23-09-2025, 08:07

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

 
Azərbaycanla Surinam arasında viza rejimi qismən ləğv edilir.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun X hesabındakı paylaşımında deyilir.

“Surinamlı həmkarım Melvin Bouva ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində görüşməyimə şadam.

Biz siyasi məsləhətləşmələri dərinləşdirmək, iqtisadi əlaqələri genişləndirmək və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq yollarını nəzərdən keçirdik.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzaladıq”, - XİN rəhbəri qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi