hia.az

Putin: Rusiya istənilən təhdidə cavab verməyə hazırdır

80 dəfə baxılıb 22-09-2025, 15:27

Putin: Rusiya istənilən təhdidə cavab verməyə hazırdır

Strateji sabitlik sahəsində vəziyyət pisləşməkdə davam edir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ müşavirədə bildirib.

Onun sözlərinə görə, Rusiya istənilən strateji təhdidlərə sözlə deyil, hərbi-texniki tədbirlərlə cavab verməyə hazırdır: "Rusiya çəkindirici qüvvələrinin etibarlılığına və effektivliyinə əmindir"

Putin bildirib ki, Rusiya və ABŞ arasında nüvə raketləri və strateji müdafiə silahlarına nəzarət üzrə razılaşmalar sistemi demək olar ki, tamamilə ləğv edilib: "START müqaviləsinin 2026-cı ildə başa çatması raket potensialının birbaşa məhdudlaşdırılmasına dair sonuncu razılaşmanın yox olması deməkdir. Rusiya START Müqaviləsi ilə müəyyən edilmiş status-kvonu saxlamağa çalışmaq istəyir".

O əlavə edib ki, Rusiya 2026-cı ilin fevralında başa çatdıqdan sonra START Müqaviləsinin mərkəzi məhdudiyyətlərinə bir il ərzində riayət etməyə hazırdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi