hia.az
hia.az

Qriqoryan: Aİ ilə Ermənistan arasında dialoq başlayıb

47 dəfə baxılıb 19-09-2025, 17:22

Qriqoryan: Aİ ilə Ermənistan arasında dialoq başlayıb

 
Bu gün Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında yüksək səviyyəli siyasi dialoq başlayıb.

Bu barədə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan İrəvanda Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosla birgə mətbuat konfransında bildirib.

"Bu, Aİ-nin 2024-cü ilin aprelində təsdiq etdiyi Dayanıqlılıq və İnkişaf Proqramı çərçivəsində çoxşaxəli büdcə dəstəyinin həyata keçirilməsini birlikdə müzakirə edəcəyimiz yeni platformadır", - o bildirib.

M.Qriqoryan, həmçinin qeyd edib ki, Vaşinqton və Brüsseldə yüksək səviyyədə əldə edilmiş razılaşmalar, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və üçtərəfli bəyannamə regionda infrastrukturun açılması, "Tramp marşrutu"nun (Zəngəzur dəhlizinin bir hissəsi) reallaşması üçün yeni imkan yaradır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi