hia.az

Rusiyalı nazir müavini: Qızılın qiyməti artacaq

33 dəfə baxılıb 19-09-2025, 16:00

Rusiyalı nazir müavini: Qızılın qiyməti artacaq


Qızılın qiyməti ehtiyat valyutalarının rolunun azalması fonunda daha da artmaq potensialına malikdir.

Bu fikri Rusiya Federasiyasının maliyyə nazirinin müavini Aleksey Moiseyev bildirib.

“Şəxsi fikrim budur ki, qızıl qiyməti gələcəkdə də artacaq. Fərqli proqnozlar var. Mən bir sıra rusiyalı alimlərlə görüşmüşəm, onlar deyirdilər ki, qızılın qiyməti unsiyaya görə 35 min dollar olacaq. Bunun olub-olmayacağını və nə zaman baş verəcəyini bilmirəm. Amma tamamilə aydındır ki, ehtiyat valyutalarının, xüsusilə də dolların rolu azalarkən - funt və digər valyutalardan hələ heç danışmırıq - insanlar əlbəttə ki, getdikcə daha çox qızıla diqqət yetirəcəklər”, - Aleksey Moiseyev qeyd edib.

Qeyd edək ki, bu həftə qızılın qiyməti bir neçə dəfə tarixi maksimumunu yeniləyib. Hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,37% artaraq 3 679,9 ABŞ dolları (+0,04%) təşkil edir.

Xatırladaq ki, ehtiyat valyuta - digər ölkələrin mərkəzi banklarının saxladığı, dünya üzrə geniş istifadə olunan milli valyutadır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi