hia.az

Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək

100 dəfə baxılıb 19-09-2025, 10:02

Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək

Növbəti həftə Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək.

APA İran mediasına istinadən xəbər verir ki, bunu İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşü zamanı deyib.

Hüseyn Pirmmoəzzen bildirib ki, Ərdəbil–Bakı dəmir yolunun istifadəyə verilməsi vilayətin kənd təsərrüfatı məhsullarının ixracında dönüş nöqtəsi olacaq.

Onun sözlərinə görə, Bu dəmir yolu bağlantısı Rusiyaya ixrac yolunu asanlaşdıracaq, nəqliyyat xərclərini xeyli azaldacaq, yeni iqtisadi fürsətlər yaradacaq və bölgənin beynəlxalq əməkdaşlığını gücləndirəcək. Bu isə davamlı danışıqlar tələb edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi