hia.az
hia.az

Qubada insan sümükləri tapılıb

16 dəfə baxılıb 17-09-2025, 17:52

Qubada insan sümükləri tapılıb


Quba rayonunun Rustov kəndində insan sümükləri aşkarlanıb.

Son günlər müşahidə olunan güclü yağış nəticəsində Rustov kəndində kiçik torpaq sürüşməsi baş verib.

Nəticədə kənd məscidindən bir qədər aralıda yolun kənarında insana məxsus kəllə və çanaq sümükləri üzə çıxıb. 

Faktla bağlı araşdirma aparılir.

Xatırladaq ki, 2007-ci ildə Quba şəhər stadionunda tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun mütəxəssisləri tərəfindən aparılan tədqiqat nəticəsində məlum olub ki, buradaki insan sümükləri 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən yerli sakinlərə məxsusdur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasi, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə 2013-cü ildə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yaradılıb.(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi