hia.az
hia.az

İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb

33 dəfə baxılıb 17-09-2025, 16:06

İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb

Avropa Komissiyası İsrailə qarşı təkliflər paketi üzrə təklifləri razılaşdırıb.

Bu barədə Avropa Komissiyası kollegiyasının yekunlarına dair mətbuat konfransında Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və ticarət üzrə komissar Maroş Şefçoviç məlumat veriblər.

Bildirilib ki, buraya hökumətin ayrı-ayrı nazirlərinə qarşı sanksiyalar və İsrailin Qəzzadakı addımları fonunda tərəflər arasında Avropa-Aralıq dənizi sazişinin bəzi ticarət müddəalarının dayandırılması daxildir.

"Məqsəd İsraili cəzalandırmaq deyil, onu Qəzzadakı vəziyyəti dəyişməyə təşviq etməkdir", - K.Kallas vurğulayıb.

Ticarət müddəalarına gəlincə, Aİ-yə ixrac olunan İsrail malları preferensiya hüququnu itirir və onlara ittifaqın azad ticarət sazişi olmayan hər hansı digər üçüncü ölkəyə tətbiq olunan səviyyədə rüsumlar tətbiq ediləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi