hia.az

Sorğu: Ukraynalıların 76 %-i ölkələrinin müharibədə qələbə qazana biləcəyinə inanır

118 dəfə baxılıb 16-09-2025, 13:38

Sorğu: Ukraynalıların 76 %-i ölkələrinin müharibədə qələbə qazana biləcəyinə inanır


Ukraynalıların 76 %-i hərbi və maliyyə yardımının davam etdiriləcəyi, həmçinin Rusiyaya qarşı sanksiyaların genişləndiriləcəyi halda ölkələrinin müharibədə qələbə qazana biləcəyinə inanır.

Bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğuda iştirak edənlərin yalnız 18 %-i sülhün 2025-ci ildə, 27 %-i 2026-cı ildə, 32%-i isə 2027-ci ildə və daha sonra əldə edilə biləcəyini gözləyir.

1023 respondentin iştirak etdiyi sorğuya əsasən, vətəndaşların 62 %-i "müharibəyə nə qədər lazımdırsa, o qədər dözməyə" hazır olduğunu bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi