hia.az

"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq

78 dəfə baxılıb 11-09-2025, 11:17

"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq

"Formula 1" Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn olacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də media üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bununla bağlı məktəblərlə danışıqlar aparılır, siyahı açıqlanacaq: 

"Bu, hər il qəbul edilən qərardır. Ali təhsil müəssisələrinə gəlincə, adətən qərarı universitetlər özü hazırlayıb bizə təqdim edir. Yarış yolunun üzərinə düşən belə universitetlərin sayı da çox azdır".

Nazir bildirib ki, bu məsələ Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə şamil oluna bilər: 

"Amma "Formula 1" Gəncədə keçirilmir. Ona görə də Gəncə Dövlət Universitetinə niyə şamil olunmalıdır? Eyni zamanda, 6, 132-134 nömrəli məktəblərə bu qərar şamil olunacaq".

Qeyd edək ki, "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi sentyabrın 19-21-də keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi