hia.az
hia.az

Tramp ABŞ-da ukraynalı qadının qatilinə ölüm cəzası tələb edib

76 dəfə baxılıb 10-09-2025, 16:40

Tramp ABŞ-da ukraynalı qadının qatilinə ölüm cəzası tələb edib

ABŞ Prezidenti Donald Tramp tramvayda amansızlıqla qətlə yetirilən 23 yaşlı ukraynalı İrina Zaruçukun qatilinə ölüm cəzası tələb edib.

Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Ukraynadan Amerikaya sülh və əmin-amanlıq üçün gəlmiş gözəl gənc xanımı belə zorakılıqla öldürən heyvan tez (şübhə yoxdur!) mühakimə olunmalı və yalnız edam cəzasına layiq görülməlidir. Başqa variant ola bilməz!!!”, – Tramp bildirib.

Qeyd edək ki, Şimali Karolina ştatının Şarlotta şəhərində 23 yaşlı İrina Zaruçuk tramvayda bıçaqlanaraq qətlə yetirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi