hia.az
hia.az

Daxili qoşunlara bu şəxsləri saxlamaq hüququ verilir

13 dəfə baxılıb 9-09-2025, 15:08

Daxili qoşunlara bu şəxsləri saxlamaq hüququ verilir

İnzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən, yaxud barəsində həbs qətimkan tədbiri seçilmiş, axtarışda olan və ya cəzaçəkmə müəssisəsindən qaçmış şəxsləri Daxili qoşunların hərbi qulluqçuların saxlamaq hüququ olacaq.

Bu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan  “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunun  layihəsində bildirilib.

Həmçinin fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimini, habelə dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejimini pozmuş şəxsləri;
daxili qoşunlar tərəfindən mühafizə olunan obyektlərə qanunsuz daxil olmağa cəhd edən və ya daxil olmuş şəxslər də bu siyahıya daxildir.

Qeyd edək ki, saxlanılan şəxslərə dərhal saxlanmanın səbəbləri bildirilməli və hüquqları izah edilməlidir. Saxlanılan şəxslər dərhal ən yaxın polis orqanına təhvil verilməlidir. Tibbi zərurət olduğu halda saxlanılan şəxsə ilk tibbi yardım göstərilməlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi