hia.az

Uşakov: ABŞ-nin Tramp və Putin arasındakı danışıqla bağlı sorğusu haqqında məlumatsızam

90 dəfə baxılıb 5-09-2025, 09:11

Uşakov: ABŞ-nin Tramp və Putin arasındakı danışıqla bağlı sorğusu haqqında məlumatsızam

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında danışığın aparılması barədə Vaşinqtonun sorğusu haqqında məlumatı yoxdur.

Bu barədə "Report" Rusiya KİV-linə istinadən xəbər verir.

"Mən bu barədə eşitməmişəm", - o, ABŞ tərəfindən bu telefon danışığı üçün sorğunun olub-olmamasına dair sualı şərh edərkən jurnalistlərə bildirib.

Qeyd edək ki, sentyabrın 5-də Tramp yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə danışmaq niyyətində olduğunu bəyan edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi